Baş nazirdən musiqi məktəbi ilə bağlı SƏRƏNCAM

Baş nazirdən musiqi məktəbi ilə bağlı SƏRƏNCAM
Mədəniyyət 143

Baş nazir Əli Əsədov Astara şəhər Uşaq Musiqi Məktəbinə Oqtay Kazıminin adının verilməsi barədə sərəncam imzalayıb.

BAKU.WS xəbər verir ki, Sərəncama əsasən, Astara şəhər Uşaq Musiqi Məktəbinə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Xalq artisti, tanınmış bəstəkar Oqtay Məmməd oğlu Kazıminin adı verilib.

Mədəniyyət Nazirliyi və Astara Rayon İcra Hakimiyyəti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər