Bakıda açıq kino nümayişi təşkil edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda açıq kino nümayişi təşkil edilib.
Kino nümayişi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kinosunun yaranmasının 124 illiyi və Azərbaycan Kinosu Günü ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda təşkil edilib.
Mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin və həvəskarlarının iştirak etdiyi tədbirdə Nazirliyin keçirdiyi “Böyük Qayıdış” qısametrajlı film layihələri müsabiqəsinin qalibləri olan “Arxa cəbhə” (rejissor Gülay Babayeva), “Böyük Qırmızı Ev” (rejissor Leylaxanım Qənbərli”), “Hasar” (rejissor Qulu Əsgərov) filmlərinin, eləcə də Daşkənd Beynəlxalq Film Festivalının mükafatçısı olmuş “İki Yol” (rejissor Səddam Mehdiyev, Murad Hüseynov) və “Orrizuru” (rejissor Nihad J., Elgün Quliyev) qısametrajlı filmlərinin “Gənc Azərbaycan Kinosu Proqramı” çərçivəsində nümayiş olunub.
Oxşar xəbərlər
Bu gün Azərbaycan Kinosu Günüdür
Avqustun 2-si Azərbaycan kinosunun yaranmasının 124 illiyi və Azərbaycan Kinosu Günüdür. BAKU.WS xəbər verir ki, 1898-ci il avqustun 2-də Bakıda Azərbaycan kine...