Azərbaycanlı qəzəlxan 53 yaşında vəfat etdi
Şair, qəzəlxan Arif Buzovnalı vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya mərhumun yaxınları bildirib.
Bildirilib ki, o bu gün yaşadığı evdə dünyasını dəyişib.
Qeyd edək ki, Arif Buzovnalı 1972-ci ildə 6 sentyabrda Bakının Buzovna qəsəbəsində ziyalı ailəsində dünyaya gəlib. 1979-1989-cu illərdə Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə təhsil alıb.
Bakıda və Abşeronda fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən "Füzuli" və "Məcməüş-şüəra" məclislərinin üzvü olub. Mütəmadi olaraq dövrü mətbuatda "Azərbaycan Gəncləri", "Kaspi", "İki sahil", "Yol", "Olaylar", "Ədəbiyyat qəzeti", "Tək səbir", "Nəbz", "Şəhriyar" və başqa qəzetlərdə, həmçinin "Hikmət", "Kəlam", "Ulduz", "Karvan", "Azərbaycan" jurnallarında bədii əsərləri və müxtəlif mövzulu məqalələri ilə çıxış edib.
Oxşar xəbərlər
AYB üzvlük haqqı ödəməyənləri xaric edəcək: "500 adamın ildə 15 manatı ilə dolanmaq olar?"
"Üzvlük haqqı ödəməyənlər Azərbaycan Yazıçılar Birliyindən (AYB) xaric ediləcəklər". BAKU.WS xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a açıqlamasında AYB sədri...