Azərbaycanın mədəniyyət naziri İrana səfər edəcək
19
iyn
2022
14:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 20-də Azərbaycanın mədəniyyət naziri Anar Kərimov İran İslam Respublikasının mədəniyyət və islam irşad nazirinin dəvəti ilə Tehrana səfər edəcək.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, səfər çərçivəsində Anar Kərimov İranın mədəniyyət və islam irşad naziri Məhəmməd Mehdi İsmaili, milli irs, əl işləri sənayesi və turizm naziri İzəyullah Zərqami və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
Görüşlərdə mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı perspektivləri müzakirə ediləcək.
Oxşar xəbərlər
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb
Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri martın 3-də İstanbulda davam edir. BAKU.WS Mədəniyyət Nazirliyinə istinad...