Azərbaycanın “Avroviziya 2023”də iştirakı təsdiqləndi
Yeniliklərdən dərhal xəbərdar olun
İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycanın “Avroviziya 2023”də iştirakını təsdiqləyib.
İTV-nin Mərkəzi Aparat rəhbərinin müavini Ələsgər Vəliyev BAKU.WS-ə bildirib ki, 2023-cü ildə Böyük Britaniyada keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan da təmsil olunacaq.
Beləliklə, Azərbaycan qarşıdan gələn Avroviziya Mahnı Müsabiqəsində iştirakını indiyədək təsdiqləyən ölkələrin siyahısına qoşulur.
Qeyd edək ki, sonuncu dəfə 2022-ci ildə Turində keçirilən Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı gənc müğənni Nadir Rüstəmli “Fade to Black” mahnısı ilə təmsil edib.
Oxşar xəbərlər
İTV-dən "Avroviziya" mahnı müsabiqəsinin yayımlanmayacağı iddialarına CAVAB
"Biz yeni televiziya mövsümü ilə bağlı açıqladığımız məlumatda heç də proqramda nəzərdə tutulan, yayımlanacaq bütün verilişlər və layihələr haqqında məlumat ver...