Azərbaycanda Özbəkistan mədəniyyəti günləri keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 1-dən 4-dək Bakıda Özbəkistan mədəniyyəti günləri keçiriləcək.
Bu barədə BAKU.WS-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq mədəniyyət günləri çərçivəsində tanınmış özbək sənətçilərinin iştirakı ilə böyük konsert proqramı, eyni zamanda teatr tamaşalarının nümayişi, kitab sərgisinin keçirilməsi və digər tədbirlər nəzərdə tutulub.
Dörd gün davam edəcək mədəniyyət günləri çərçivəsində məşhur sənətçilərdən Özbəkistanın Xalq artistləri Fərrux Zakirov, Nəsibə Abdullayeva, Haşimjon İsmaylov, Zulayxo Boyxanova, Gulsanam Mamazoitova, Jenisbek Piyazov, Samandar Alimov və başqaları azərbaycanlı sənətsevərlərin qarşısında çıxış edəcək.
Oxşar xəbərlər
Bu gün Nəsibə Zeynalovanın doğum günüdür
Bu gün Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Mükafatı Laureatı, qüdrətli gülüş ustası, Azərbaycan səhnəsinin parlaq ulduzu, xalqımızın sevimli sənətkarı...