Aygün Bəylərin qızı qızıl və gümüş medallar qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Azərbaycan Məktəbinin şagirdi, mərhum Aygün Bəylərin qızı Canan Hümmətova Malayziyanın Kuala Lumpur şəhərində keçirilən "World Scholar"s Cup Global Round 2025" yarışında ölkəmizi böyük uğurla təmsil edib.
BAKU.WS xəbər verir ki, bu mötəbər yarışda hər ölkədən yalnız bir şagird bayrağı daşımaq şərəfinə layiq görülürüb.
Azərbaycanı təmsil edən flag carrier isə məhz Janan Hümmətova oldu – o, açılış mərasimində Azərbaycan bayrağını qürurla daşıyıb.
"Cultural Fair" günündə isə Canan Bəhram Bağırzadəyə məxsus "Muğamın tarixi " adlı kitabını stenddə nümayiş etdirərək ölkəmizin zəngin musiqi irsini təqdim edib. O, 50-dən çox ölkənin iştirakçılarının toplandığı məkanda Azərbaycan muğamını dünyaya tanıdıb.
Canan həm akademik yazı, həm də debatlarda yüksək nəticələr göstərərək qızıl və gümüş medallar qazanıb. Bu uğurları sayəsində o, bütün komanda ilə birlikdə Yale Universitetində keçiriləcək "Tournament of Champions" final mərhələsinə vəsiqə qazanıb.
Qalereya
Oxşar xəbərlər
"44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü
Ölkə kinoteatrlarında nümayiş olunan "44" bədii filmi ilk gündən böyük tamaşaçı marağı ilə qarşılanıb və qısa müddətdə rekord izləyici sayı qeydə alınıb. BAKU.W...