Aslan Hüseynov Gəncədə dəfn olundu - FOTO

04
may
2021
18:38
Bu gün yol qəzasına düşərək dünyasını dəyişən müğənni Aslan Hüseynov Gəncə şəhərində İmamzadə qəbristanlığı kimi tanınan məzarlıqda dəfn edilib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, dəfn mərasimi pandemiya səbəbindən məhdud sayda insanın iştirakı ilə baş tutub.
Müğənnini son mənzilə ancaq yaxınları yola salıb.
Məlumat üçün bildirək ki, Aslan Hüseynov bu gün sabah saatlarında BMW markalı avtomobillə Bakı-Qazax avtomobil yolunun 60-cı kilometrliyində "Kamaz" markalı avtomobillə toqquşub. Qəza zamanı avtomobili müğənni özü idarə edib.
Qalereya
Oxşar xəbərlər
Baloğlan Əşrəfovun son mənzili - VİDEO
Əməkdar artist Baloğlan Əşrəfov bu gün səhər saatlarında doğulduğu Masallı rayonunun Bədəlan kəndində valideynlərinin yanında dəfn olunub. BAKU.WS "Oxu.az"a ist...
