Arif Buzovnalı vəfat edib
Şair, qəzəlxan Arif Buzovnalı vəfat edib.
BAKU.WS xəbər verir ki, şair bu gün yaşadığı evdə dünyasını dəyişib. Arif Buzovnalı ilə vida mərasimi Məşədi Qərib məscidində keçirilib. Şair Buzovna qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Arif Buzovnalı 1972-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. 1979-89-cu illərdə Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə hərbi xidmətə yollanıb və 1992-ci ildə Sovet ordusunda (sonradan MDB ordusunda) xidmətini başa vurub. 1993-cü ildə Azərbaycan Pedaqoji İnstitutuna qəbul olunsa da, təhsilinə başlamadan könüllü şəkildə Qarabağ cəbhəsinə gedib və atəşkəsə qədər - 1994-cü il 1 mayadək - Əzizbəyov adına könüllülər batalyonunda döyüşüb. 1987-ci ildə "Pioner" jurnalına göndərdiyi "Vahidə bənzətmə" şeiri jurnalın konsepsiyasına uyğun olmadığı üçün dərc edilməsə də, həmin şeir 1991-ci ildə "Azərbaycan Gəncləri" qəzetində işıq üzü görüb.
Oxşar xəbərlər
Azərbaycanlı qəzəlxan 53 yaşında vəfat etdi
Şair, qəzəlxan Arif Buzovnalı vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə APA-ya mərhumun yaxınları bildirib. Bildirilib ki, o bu gün yaşadığı evdə dünyasını...