Anar Kərimov Tahir Salahovla bağlı başsağlığı verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Xalq rəssamı Tahir Salahov dəfn edilib.
BAKU.WS xəbər verir ki, mərhum I Fəxri Xiyabanda torpağa tapşırılıb. Dəfndə rəssamın ailə üzvləri, yaxınları, o cümlədən tanınmış ictimai-siyasi xadimlər iştirak edib.
Yas mərasimində Mədəniyyət naziri Anar Kərimov da iştirak edib. O, Tahir Salahovun vəfatı ilə bağlı dərin hüzn hissi keçirdiyini bildirib və rəssamın ailə üzvlərinə başsağlığı verib:
“Tahir müəllim tək Azərbaycanın mədəniyyət xadimi deyil, eyni zamanda dünya şöhrətli ictimai xadim olub. Onun əsərləri dünyanın ən mötəbər muzeylərində nümayiş etdirilib.
O, Azərbaycanı bütün ölkələrdə yüksək səviyyədə təmsil edib. Müxtəlif müəssisələrdə rəhbər vəzifələrdə işləyib və ölkəmizi beynəlxalq səviyyədə təbliğ edib.
Onun əsərləri, şəxsiyyəti, fəaliyyəti və ürəyinin Azərbaycanla döyünməsi heç zaman unudulmayacaq. Hər zaman yaddaşımızda qalacaq.
Fürsətdən istifdadə edərək Azərbaycan hökuməti adından onun ailə üzvlərinə və Azərbaycan ictimaiyyətinə dərin hüznlə başsağlığı verirəm”.
Oxşar xəbərlər
Tahir Salahov I Fəxri Xiyabanda dəfn olunub - VIDEO
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, D...