Tapşırıq verildi - Əbülfəs Qarayevi bu şəxs əvəz edir - FOTO

22
may
2020
11:28
Azərbaycanın Mədəniyyət naziri vəzifəsinin icrası nazir müavininə tapşırılıb.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, nazirin səlahiyyətlərini Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev icra edir.
O, 2011-ci ilin fevralın 18-də Mədəniyyət və Turizm nazirinin müavini təyin olunub. V.Əliyev 2018-ci ilin mayın 18-dən Mədəniyyət nazirinin birinci müavini vəzifəsini tutur.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Əbülfəs Qarayevin vəzifədən azad olunması haqqında sərəncam imzalayıb.

Oxşar xəbərlər
Əbülfəs Qarayev kollektivlə vidalaşdı
Mayın 21-də Mədəniyyət naziri vəzifəsindən azad olunan Əbülfəs Qarayev kollektivlə vidalaşıb. BAKU.WS report-a istinadən xəbər verir ki, o, nazirliyin rəhbər şə...