VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnsanlar bir vaxtlar nədən ötrü ölümə gedərdilərsə, indi ona sakitcə baxırlar".

BAKU.WS xəbər verir ki, bu sözləri şair Ramiz Rövşən İTV-nin "Dikdaban" proqramında səsləndirib.

Fəlsəfəni poetik formada çatdıran şair deyir ki, min illər keçsə də, insanın mahiyyəti dəyişmir: 

"Mən birmənalı olaraq bu fikirdəyəm ki, insanın mahiyyəti heç vaxt dəyişmir. Üzdən görünənlər sadəcə axra plana keçirirlər. Bugünkü insan həmin min il qabaqkı insandır. Dəyişən ətrafdır, mühitdir, münasibətlərdir. Sovet vaxtı çox populyar belə bir anlayış vardır; formaca milli, məzmunca sosialist ədəbiyyatı. Adamlara çatmırdı ki, millilik forma deyil. Millilik məzmundur. Yəni paltarı dəyişməklə deyil. 
Millilik münasibətdir. Yəni mentalitar münasibət. O münasibətlər də dəyişir".

R.Rövşən məqsədli sevgiyə və məqsədli yazılan şeirə də münasibət bildirib:

"Məqsədli sevgi sevgi deyil. Məqsədli şeir də artıq şeir deyil. Şeir vasitə deyil, özü məqsəddir. Eləcə də sevgi. Əgər sevgi nələr üçünsə vasitədirsə, artıq sevgi deyil".

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO