SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fidan Hacıyeva yeni mahnısını təqdim edib.


BAKU.WS-in məlumatına görə, ifaçı Latviya və keçmiş SSRİ-nin məşhur bəstəkarı Raymond Paulsun "Million alıx roz" mahnısını Azərbaycan dilində ifa edib.

Andrey Voznesenskiyə aid olan mahnının sözlərini doğma dilimizə şair Vahid Əziz tərcümə edib.

Qeyd edək ki, sözügedən mahnı SSRİ Xalq artisti Alla Puqaçovanın ifasında məşhurlaşıb. Mahnı, həmçinin, iran, koreya, yapon və s. dillərdə ifa edilib.

Hüseyn Məmmədsalahov
BAKU.WS