Xalq artisti təyyarədə "Qarabağ" mahnısını oxudu - VİDEO
16
iyn
2024
15:51
Xalq artisti Mənsum İbrahimovun son paylaşımı izləyicilər arasında böyük maraq doğurub.
Xanəndə Özbəkistanın paytaxtı Daşkənddən Bakıya qayıdarkən təyyarədə çəkilən videonu sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.
Görüntülərdə sənətçi həmkarları ilə birlikdə "Qarabağ" mahnısını ifa edir. Bu anları nağarada Xalq artisti Natiq Şirinov müşayiət edib. Sözügedən kadrlar, sənətçilərin Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günlərindən qayıdarkən lentə alınıb.
Bu video sənətsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb və sosial mediada geniş şəkildə paylaşılıb.
Oxşar xəbərlər
Bu gün Xalq artisti və musiqi xadimi Cabbar Qaryağdıoğlunun anım günüdür
Bu gün Xalq artisti, xanəndə və musiqi xadimi Cabbar Qaryağdıoğlunun anım günüdür. Onun vəfatından 80 il ötür. Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetiş...