SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Aygün Bəylər ötən gecə Türkiyənin Ankara şəhərində dünyasını dəyişib. Ömrünün 48-ci baharında həyatla vidalaşan sənətçi sevilən ifaları ilə hər zaman yaddaşlarda yaşayacaq.

Aygün Bəylərin "Tut ağacı", "Özün Günahkarsan", "Bəlkə, bu təsadüf məhəbbət oldu", "Getmə", eləcə də türk dilində səsləndirdiyi "Yemin etdim", "Sevdalanadım, yaz gelince", "Seviyorum" kimi ifaları onun ən çox dinlənilən mahnılarındandır.

BAKU.WS Əməkdar artistin məşhur ifalarını oxuculara təqdim edir:

Aygün Bəylər "Tut Ağacı"

Aygün Bəylər "Bəlkə, bu təsadüf məhəbbət oldu"

Aygün Bəylər "Özün Günahkarsan"

Aygün Bəylər - "Getmə"
Aygün Bəylərin ifaları arasında qızı Cananla birlikdə səsləndirdiyi mahnı da yer alıb.

Aygün Bəylərin Türk sənət musiqisinin imperatoru İbrahim Tatlıseslə oxuduğu ifası da var.
Əməkdar artist Aygün Bəylər uzun fasilədən sonra ömrüün son günlərində yenidən konsert verdi. Onun konserti dekabrın 26-da Heydər Əliyev Sarayında baş tutdu. Sənətçi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq konsertdə özünün "Mehribani" simfonik muğamını "Cadenza" orkestrinin müşayiəti ilə təqdim etdi. Gecədən yığılan vəsait "YAŞAT" Fonduna bağışlandı. A.Bəylər xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, uzun müddət müalicə aldığı üçün konsert vermirdi.
BAKU.WS