Mədəniyyət naziri tanınmış kinorejissorun evinə gedib - FOTO

Mədəniyyət naziri Adil Kərimli dekabrın 2-də tanınmış kinorejissor, Əməkdar mədəniyyət işçisi Akif Rüstəmovu evində ziyarət edib.
Bu barədə BAKU.WS-ə mədəniyyət nazirliyindən bildirlib.
Nazir qocaman kinematoqrafçının Azərbaycan kinosuna verdiyi töhfələri yüksək qiymətləndirdiyini bildirib, ona nazirliyin Fəxri diplomunu təqdim edib.
A.Rüstəmov ona göstərilən diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, ömrünün 55 ilini kinoya həsr edən Akif Rüstəmov "Azərbaycanfilm” kinostudiyasında lentə alınan 40-dək ekran əsərində (“Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Nəsimi”, “Dədə Qorqud”, "Babək", "Nizami", "Dərviş Parisi partladır", "Bağ mövsümü", "Güllələnmə təxirə salınır" və s.) ikinci rejissor kimi çalışıb, "Axırıncı dayanacaq” bədii filminə quruluş verib.
Qalereya
Oxşar xəbərlər
Bu gün görkəmli teatr və kino aktyoru Fazil Salayevin doğum günüdür
Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru Fazil Salayevin doğum günüdür. O yaşasaydı bu gün 92 yaşı tamam olacaqdı. BAKU.WS xəbər verir ki, Fazil İdris...
