Xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür
Bu gün Xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür. Onun anadan olmasından 103 il ötür.
Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda doğulub. O, Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb.
1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib.
1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edib və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edə bilib. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni ifa edib, Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olub. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoyub.
1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Ş.Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanıb.
O, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edib. Şövkət Ələkbərovanın repertuarındakı "Segah", "Qatar", "Şahnaz" kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları milyonlarla insan tərəfindən sevə-sevə dinlənilib.
Ş.Ələkbərova fevralın 7-də 1993-cü ildə vəfat edib.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənim Dənizlərim, Mənim Okeanlarım" sərgisindən paylaşım edib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi "Instagram" hesabında Heydər Əliyev Mərkəzində keçiril...