SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskayaya ulduz qoyulub. 

BAKU.WS xəbər verir ki, bu barədə Xalq artisti Emin Ağalarov bildirib. O “Sea Breeze Walk of Famе”(Sea Breeze Şöhrət Xiyabanı) da Sinyavskayanın adının və imzası olduğu ulduz qoyulduğunu deyib.

Ağalarov tədbirdən lentə alınan fotoları sosial şəbəkə hesabında paylaşıb.

Şöhrət Xiyabanında əfsanəvi müğənni Müslüm Maqomayevin portreti də yer alıb.

Məlumat üçün bildirək ki, ötən ay “Sea Breeze Walk of Famе”i Gürcüstanın Xalq artisti Nani Breqvadze də ziyarət edib.

Bu zaman Ağalarov ona mərhum sənətçi Vaxtanq Kikabidzenin burada imzasının yer alacağını bildirib. 

BAKU.WS
QALEREYA