SİZİN REKLAM BURADA!
055 213 76 73


BAKU.TV-də yayımlanan “Retro Baku” verilişinin növbəti buraxılışı Xalq artisti Nəsibə Zeynalovaya həsr olunub.

“Qaynana” kimi sevilən N.Zeynalova 20 aprel 1916-cı ildə Bakıda dünyaya gəlib. Atası Kərbəlayi Cahangir tanınmış tacir və aktyor idi.

Onun ən böyük arsuzu övladını səhnədə görmək olub. Lakin bu, ataya nəsib olmayıb.

1918-ci ilin mart ayında C.Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xətəliyinə tutulub və qısa müddət sonra vəfat edib. Həmin vaxt Nəsibənin iki yaşı olub.
Azərbaycanda Sovet hökuməti qurulanda C.Zeynalovun mülklərini, bütün sərvətini müsadirə edirlər. Anası ilə tək qalan Nəsibəni mülklərdən çıxarıb zirzəmiyə yerləşdirirlər və ailənin çətin günləri bundan sonra başlayır.

Hüsniyə xanım yenidən ailə qurur. Amma ikinci dəfə ailə qurduğu adam evdə olan bir neçə dəyərli əşyanı da satır və C.Zeynalovun bütün şəkillərini, sənədlərini yandırır.

Daha ətraflı süjetdə:

BAKU.WS
VİDEO