BDU-nun 250 tələbəsinə qarşı 47 minlik məzun dələduzluğu
Bakı Dövlət Universitetinin (BDU) bir qrup tələbəsi və valideyn məzun gecəsinin təşkili ilə bağlı toplanan vəsaitin geri qaytarılmamasından şikayət edir.
BAKU.WS-in redaksiyasına daxil olan müraciətdə bildirilir ki, yığılan pul müqabilində nə məzun gecəsi təşkil olunub, nə də pul geri qaytarılıb.
İddialara görə, tədbirə cəmi bir gün qalmış məzunlara gecənin baş tutmayacağı barədə məlumat verilib. Qeyd olunub ki, tədbirin təşkilatçılarından biri kimi təqdim olunan şəxs tərəfindən təxminən 250 tələbədən hər biri 185 manat olmaqla ümumilikdə 46 250 manat vəsait toplanıb.
Tələbələrə yığılan pulun 10 gün ərzində geri qaytarılacağı vəd edilib. Lakin şikayətçilər isə bu müddətin onlar üçün qəbuledilməz olduğunu bildirirlər. Onların sözlərinə görə, bir çox tələbə məzun gecəsini başqa məkanda təşkil etmək üçün ödədikləri vəsaitə ehtiyac duyur.
Qeyd edək ki, hadisə nəticəsində yüzlərlə tələbə və valideyn həm maddi, həm də mənəvi zərər görüb. Onlar toplanmış vəsaitin taleyi, yaranmış vəziyyətin səbəbləri və məsul şəxslərin öhdəlikləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılmasını istəyirlər.
Şikayətçilər hüquq-mühafizə orqanlarına və digər aidiyyəti dövlət qurumlarına müraciət edərək məsələyə hüquqi qiymət verilməsini, eləcə də ödənilmiş vəsaitlərin sahiblərinə qaytarılması üçün müvafiq tədbirlərin görülməsini xahiş edirlər.
Əldə etdiyimiz məlumata görə, pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı polis idarəsinə müraciətlər daxil olub. Ərizə və izahatlar alınıb. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Gül kələmi adı ilə İrandan 90 kq narkotik gətirənlər ifşa olundular
"Gül kələmi" yükü adı altında külli miqdarda narkotik daşıyanlar ifşa ediliblər. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DG...