Biləsuvarda toyda dava: 49 yaşlı kişi bıçaqlandı
12
okt
2026
10:39
Biləsuvar rayonunda toyda bıçaqlanma hadisəsi olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki şadlıq sarayında keçirilən mərasimdə baş verib.
Toyda qonaq olan 1977-ci il təvəllüdlü Eldar Cəfər oğlu Vəliyevlə 1994-cü il təvəllüdlü Ülvi Qurbanov mübahisə edib. Mübahisə nəticəsində Ü.Qurbanov E.Vəliyevi bıçaqlayıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Ü.Qurbanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə oktyabrın 5-dən 11-dək 34 tank əleyhinə mina, 327 piyada əleyhinə mina, 624 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləş...