“Moşu” obrazı ilə tanınan Xalq artisti: “Hamısı boş şeydi, mənim yaradıcılığım var?”

Daha çox “Moşu” obrazıyla yaddaşlarda qalmış Xalq artisti Valeh Kərimov onunla əlaqə saxlamaq istəyən jurnalistlə danışmaq istəməyib.
Görünür Xalq artistinin sənətdən möhkəm qəlbi qırılıb ki, danışmaq istəməyib.
BAKU.WS xəbər verir ki, sənətkar “lent.az”a bir neçə kəlmə deyərək kifayətlənib:
“Nədən danışacağıq? Mənim yaradıcılığım var? Nə danışmaq istəmirəm, nə də görünmək”.
Sənət adamları diqqət istəyir, kövrək olur. Xalq artistini dilə tutmağa çalışdım. “Valeh bəy, elə bir tək Moşu obrazınız yetərlidir, o sizin vizit kartınız olub” deyilsə də, aktyor “əşşi, hamısı boş şey imiş” cavabını verib.
Oxşar xəbərlər
Fərhad Bədəlbəyli: “Atamın ölümündə bəzi məmurların əli var” – MÜSAHİBƏ
“Onun ömrünün qısalmağında bəzi məmurların əli var. Həmin hadisədən bir il sonra vəfat etdi. Son gün onu xəstəxanaya apardım. Dedilər ki, darıxmayın, yaxşı olac...
