Bu gün Akif İslamzadənin doğum günüdür

Bu gün görkəmli sənətkar Akif İslamzadənin doğum günüdür.
BAKU.WS xəbər verir ki, Akif İslamzadə 1948-ci ildə Bakıda anadan olub.
1979-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisasca istehlakçı mühasibdir.
Akif İslamzadə ifaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub.
1992-1993-cü illərdə Bakı Şəhəri Baş Mədəniyyət İdarəsinin rəisi olub.
İfaçılıq repertuarında "Sarı gəlin", "Bu gecə", "Ala gözlüm" və digər mahnıları ilə yaddaşlarda qalıb.
Oxşar xəbərlər
Bu gün Müslüm Maqomayevin doğum günüdür
Bu gün görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin doğum günüdür. Hər bir bəşər övladının...
