13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Bu gün Azərbaycanın Xalq artisti Rasim Balayevin doğum günüdür.

BAKU.WS xəbər verir ki, aktyor, Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub.

1965-ci ildə Ağsuda orta məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib.

Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb.

"Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da məharətlə oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynayıb. "Özbəkfilm"də, "Mosfilm"də və başqa studiyalarda filmlərə çəkilib.

Mənfi obrazları belə çox məharətlə oynamış, Səlim bəy "Qanlı zəmi" filminə görə Azərbaycan SSRİ Dövlət mükafatı alıb.

1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. 31 may 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Rasim Balayev 1982-ci ildən Azərbaycanın xalq artisti, 1998-ci ildən "Şöhrət" ordeni laureatı, 2018-ci ildən "Şərəf" ordeni laureatı və Prezident təqaüdçüsüdür.

BAKU.WS