VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın daha bir əfsanəvi müğənnisi, Xalq artisti Nisə Qasımova xərçəngə tutulub.

BAKU.WS xəbər verir ki, bu barədə məlumatı prodüser, aparıcı Tolik kimi tanınan Tarix Əliyev paylaşıb. O, "İnstagram" səhifəsində xalq artistinin əməliyyat edildiyini bildirib.

"Bu gün səhər yenə də pis xəbər eşitdim. Gözəl sənətkarımız Nisə xanım Qasımova xərçəng xəstəliyindən əziyyət çəkirdi, əməliyyat olundu. Bu həftə içində həm Gülbahar xanım, həm də Nisə xanımdan bu cür xəbərlər eşitmək çox ağırdır, pisdir. Allah hər ikisinə şəfa versin, İnşallah. Rəbbim bu xəstəlikdən əziyyət çəkən hər bir kəsin köməyi olsun". 

Xatırladaq ki, ötən həftə əməkdar artist, qarmon ifaçısı Gülbahar şükürlünün də başında şiş aşkar edildiyi bəlli olub. 

BAKU.WS