SİZİN REKLAM BURADA!
055 213 76 73


"Maşın Şou"nu tərk edən Fatma Mahmudova sükutu pozub. 
 
BAKU.WS
azxeber.com-a istinadən xəbər verir ki, Xalq artisti "Maşın"dan ayrılması haqda danışıb: 

"Mən bu haqda danışmaq istəmirəm, özümü çox narahat hiss edirəm. Əsəbi oldum, əlimi götürdüm. İndi peşmanam. İzləyicilərimə və Murad Dadaşova qarşı haqsızlıq etdim. Bu haqsızlığı özümə bağışlaya bilmirəm. Ancaq yalnız buna görə peşmanam, başqa heç nəyə görə yox".

Xalq artisti canlı yayımda qalmaqal yaşadığı müğənni Türkan Vəlizadə haqda da danışıb: 
 
"Türkan kimdir, onu tanımıram. Türkan nə vaxtdan müğənni olub? Onun nə mahnısı var? Hamıya niyə müğənni deyirsiz? Mən orada Niyam Salamini, Kəmalə Piriyevanı, bir də Murad Dadaşovu tanıyıram. Murad çox gözəl insandır. Yenə də deyirəm gərək o hörmətsizliyi etməyəydim".
 
Türkan bildirib ki, sizin ayaqlarınızı ovxalayıb bu haqda nə deyərdiz sualına aktrisa belə cavab verib: 
 
"Yeni çıxan müğənniləri tanımıram. Ayaqlarmı da heç kim ovxalamayıb. İndi səhhətimdən probləm var, özüm narahat hiss edirəm. Çox danışa bilməyəcəm".
  
Qeyd edək ki, xalq artisti Fatma Mahmudova "Maşın şou"da iki dəfə hədəf olub. Hər ikisində də xalq artisti səs toplaya bilib. Amma heç kəsi oyundan kənarlaşdırmayıb. Dünənki buraxılda isə efir zamanı Fatma Mahmudova əlini maşın üzərindən götürüb və şoudan uzaqlaşıb.
BAKU.WS