VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Maşın" şou yarışmasında iştirakçılar arasında gərgin mübarizə davam edir. 

BAKU.WS-in məlumatına görə, bu dəfə müğənni Roza Zərgərli ilə aparıcı, bloger Günel Hümbətova arasında qalmaqal yaşanıb. 

Səsverməyə çıxarılan Roza Zərgərli səs toplayacağı təqdirdə Güneli çıxaracağını açıqlayıb. Bundan sonra tərəflər arasında müzakirələr qızışıb. 

Günel Rozanın getməsi üçün səs istəyib və bu, Rozanı qəzəbləndirib: "Sən Fira qədər də olmadın. 12 saatdı tanıdığım Fira inandı, sən 5 ildi məni tanıyırsan amma inanmadın. Səninlə aydındı. Sən elə ikiüzlü qadınsan. Özünü yaxşı təqdim edə bilirsən. Mən həqiqəti danışıram. Ona görə də kişilər məni dəstəkləyir. Çünki mən kişi kimi danışıram. Başa düşdün?" 

Qeyd edək ki, yarışmanın sonunda Roza yetərli səs toplayaraq Güneli yarışdan uzaqlaşdırıb. 

Abbas
BAKU.WS