ATV-də "Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub.

BAKU.WS xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu şou proqramda iştirakçılar rejissor Aqil.M.Quliyevi SMS səsverməsinə çıxarıblar. O, səs toplayacağı təqdirdə rəqqasə Oksana Rəsulovanı çıxaracağını bildirib. Hərəkətini isə Oksananın ötən gün ona hörmətsiizlik etməsi ilə izah edib.  Amma 49,39 faiz tamaşaçı ona qalsın, 50,61 faiz tamaşaçı isə getsin deyib. Səsvermənin nəticələri hər kəsi təəccübləndirib. Son dəqiqlərə qədər yüksək səs faizi ilə qabaqda olan Aqil M.Quliyev gözlənilmədən məğlub olub. Beləliklə də bu dəfə maşın Aqil üçün əldən getdi.
 
BAKU.WS