13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Jurnalist Vüqar Vüqarlının "Maşın" şouda bir ara fikrini dəyişməyi müğənni Təranə Qumralı özündən çıxarıb.

Səsverməyə çıxan Vüqar əvvəlcə oyundan aktyor Sərxan Kərəmoğlunu çıxaracağını desə də, sonradan hədəfinin başqa iştirakçı olduğunu bildirib.

T.Qumral isə Vüqarın Sərxanı çıxarmayacağı təqdirdə aktyoru sabah özü kənarlaşdıracağını vurğulayıb:

"Ya sən bu gün Sərxanı çıxarırsan, ya da onu mən sabah çıxaracam. Mənim Sərxanla şəxsi qərəzliyim yoxdur. Amma bu gün Vüqar onu çıxarmasa, sabah mən hamıdan xahiş edəcəm ki, şəklimi atsınlar və onu çıxarım".

S.Kərəmoğlu isə T.Qumralın bu sözlərinə belə cavab verib:

"Bu gün V.Vüqarlı ilə mübarizə aparmıram. Qalarsa, lap yaxşı. Amma qalmazsa, xalq məni seçərsə, mən Təranə Qumrala maşında qalmağa imkan vermərəm. Təranə günəşi qayğanaq görənlərdəndir. Ona görə başına həmişə iş gəlir".

Müğənni aktyorun "Qayğanaq" sözündən əsəbiləşərək ona "Qatıqlama" deyib. (report.az)
 
BAKU.WS