SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ATV-də "Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" şounun ötən günkü buraxılışında Kənan Mahmudov yarışmdan çıxdı. 

BAKU.WS xəbər verir ki, şounun ən güclü və qalmaqallı iştirakçılarından biri olan Kənan MM əlini maşından çəkdi. SMS səsverməsinə çıxarılan rejissor Aqil M.Quliyev şouda qalacağı təqdirdə Kənanı oyundan uzaqlaşdıracağını bəyan edib. 
 
Bundan sonra əlini maşından çəkən Kənan yarışmanı tərk edib. Rejisor yarışmadan sonra Instagram-dan onu sevənlərə müraciət edib.
 
Kənan ona dəstək olan hər kəsə təşəkkür edib: "Mənim əziz qardaşların, canlarım, ciyərlərim, analarım, bacılarım. Səs göndərən hər kəsin qarşısında baş əyirəm. Haqqınızı halal edin. Mənə bundan sonra milyon manatlarla ödənilməz dəstək oldunuz. Lakin mən əsəblərimə hakim ola bilmədim. Əgər sizi incitdimsə, dönə-dönə sizdən üzr istəyirəm. Orda olduğum ilk gündən ağzımın danışığına, hərəkətlərimə hakim olmaq istədim. Nə qədər bacardım, nə qədər bacardım bunu bilmirəm. Maşın əldən getsin, amma 15 ildə qazandığım Kənan MM əldən getməsin. Göndərdiyiniz mesajları mən sevgi adlandırıram. Bir daha qarşısınızda baş əyirəm. Haqqınızı halal edin". 
 
Nazim Babayev
BAKU.WS