"Maşın" şouda gözlənilməz sözlər: "Kül Kənanın başına ki, onun yerinə sən gedirsən" (VİDEO)

Maşın şouda gözlənilməz sözlər: Kül Kənanın başına ki, onun yerinə sən gedirsən (VİDEO)
Video
Sosial 30567

 

ATV-də "Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışına maraqlı anlar baş verib. 

BAKU.WS-in məlumatına görə, yarışmada iştirak edən müğənni Nadir Qafarzadə qəfil söz istəyib "Maşın" şounu tərk etmək istədiyini deyib. 

Daha sonra rus dilində danışan Nadir Azərbaycan dilində onu heç kimin başa düşmədiyini söyləyib: "Xahiş edirəm məni çıxarın. Heç kim məni Azərbaycan dilində başa düşmür. Kənan qalsın mən gedərəm yarışdan. Çünki bu vəziyyətə dözə bilmirəm".

"Kənan qalsın mən gedərəm" sözləri isə rejissor Kənan Mahmudovu lap özündən çıxarıb. "Kül Kənanın başına ki, onun yerinə sən gedirsən. Niyə mənim yerimə getsin? Mənim öz şəxsiyyətim var. Lazım olsa özüm gedə bilərəm. Nadir məni alçaldır".  

Nazim Babayev

BAKU.WS 

Son xəbərlər