SİZİN REKLAM BURADA!
055 213 76 73



"M Group Production”ın təşkilatçılığı ilə "Maşın Şou”nun 14-cü mövsümü start götürüb. ATV-də efirə gedən şouya 18 məşhur sima qatılıb.
 
BAKU.WS xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu şounun budəfəki mövsümü "Qarşıdurma" adlanır. İlk qarşıdurmanın hədəfi isə Elton Hüseynovla Elcan Rəsulov olub. Elton Hüseynov Elcan Rəsulovu şoudan kənarlaşdırmaq istəsə də, səsvermənin nəticələri onun planlarını pozub.  36,42 faiztamaşaçı qalsın desə də, 63, 58 faiz isə getməsini istəyib. Beləliklə Maşın Şounun ilk tərk edən Elton olub. "Əslində getmək istəyirdim, amma sadəcə mən getmək istəyirəm deyib gedə bilməzdim. Oynadım, getdim”, - deyə Elton bildirib. 

Qeyd edək ki, yarışın iştirakçıları aşağıda adları qeyd olunanlardır:
Rəqqasə Oksana Rəsulova, rejissor Aqil M.Quliyev, Kənan Mahmudov, aparıcı Azər İsmayılov, prodüser Tarix Əliyev, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, Sərxan Kərəmoğlu, Cavad Rəcəbov, Elton Hüseynəliyev, Səidə Sultan, Üzeyir Mehdizadə, jurnalist Vüqar Vüqarlı, aktrisa Pərvin Abıyeva, aktyorlar Fərda Xudaverdiyev, Elcan Rəsulov, İslam Mehrəliyev, Səbuhi Xanlarov.

BAKU.WS