İcra başçısı üç qurumu birləşdirdi, yeni rəis təyin etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Salyan Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Mənzil İstismar Sahəsi birləşdirilib.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, onların bazasında Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi MMC yaradılıb.
Qeyd edilən üç qurumun onların bazasında yaradılan yeni müəssisənin nizamnaməsi təsdiq olunub.
İcra başçısı Rüstəm Xəlilovun müvafiq sərəncamına əsasən, MMC-nin rəisi vəzifəsinə Etibar Axundov təyin edilib.
E.Axundov 2020-ci ilin parlament seçkiləri zamanı 60 saylı Salyan seçki dairəsindən deputatlığa namizəd olub.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...