İmtahandan uğurla keçən taksi sürücülərinin sayı məlum oldu

İmtahandan uğurla keçən taksi sürücülərinin sayı məlum oldu
Sosial 29

Taksi minik avtomobili sürücüləri, həmçinin ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün imtahan keçirilib.

Bu barədə BAKU.WS-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak etmək üçün ümumilikdə 1840 namizəd qeydiyyatdan keçib. Onlardan 1735 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1317 namizəd (taksi – 1122, ÖSD – 47, ÖYD - 148)tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası avqustun 7 və 10-da saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər