SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Respublika Baş Dövlət Yol Polisi İdarəsi havaların isti keçməsilə əlaqədar sürücülərə müraciət edib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, sürücülərdən soyuducu sistemi olmayan avtomobillərdən günün isti vaxtlarında mümkün qədər istifadə etməmək tövsiyə olunur. İdarə rəsmisinin sözlərinə görə, yayda qeydə alınan yol qəzalarının əksəriyyəti günorta saatlarında baş verib.

"Günorta vaxtlarında qeydə alınan yol nəqliyyat hadisələri məhz günün qızmar vaxtlarına təsadüf edir. İsti hava və havada olan müxtəlif qazlar sürücüyə həm psixoloji, həm də fizioloji təsir edir. Kondisioneri olmayan avtomobil sürücülərindən saat 13.00-dan 18.00-dək mümükün qədər az istifadə etmələri və soyuducu sistemlə təchiz olunmuş ictimai nəqliyyat vasitələrinə üstünlük vermələti xahiş olunur”.

K.Əliyev bu problemin ictimai nəqliyyatda da rast gəlindiyini bildirdi. Onun sözlərinə görə, avtobus sürücüləri daha diqqətli olmalıdırlar. "Avtobus sürücüləri təkcə özlərinin deyil, sərnişinlərin həyatları ilə də risk edirlər. Düzdür, rayon istiqamətində hərəkət edən avtobuslarda soyuducu sistem var, amma şəhərdaxili nəqliyyatın əksəriyyətində bu yoxdur”.

Həkimlər də isti havada avtomobil idarə edənlərə tövsiyyə edir ki, bacardıqları qədər su içsinlər və tez-tez sükan arxasından qalxsınlar. Həkim Tamilla Kərimova BAKU.WS-ə açıqlamasında bildirib ki, sürücülər bacardıqları qədər isti havada sükan arxasında az otursunlar, ya soyuducu sistemdən istifadə etsinlər, vintelyasiya sistemini işlək saxlasınlar.

"Sürücülər bilməlidirlər ki, günvurmadan da pis isti vurmadır. İnsan istiyə düşəndə, onun bədənindəki fizioloji proses dəyişir. Qan qatılaşması zamanı tromb yaranır. Bu da insanda infark, insult və digər xəstəliklərə yol açır. Bu da sürücünün idarəetmə qabiliyyətini itirməsinə səbəb olur. İstidən insanın görməsi də pisləşir”, - deyə Tamilla Kərimov bildirib.

Ziya Səccad
BAKU.WS