SİZİN REKLAM BURADA!
055 213 76 73


Beyləqandan olan gənc heykəltəraş Təbriz Soltanlı şəhid polkovnik İlqar Mirzəyevin barelyefi üzərində işləyir.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, əslən Beyləqan rayonundan olan və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Təbriz Soltanlı erməni silahlı qüvvələrinin Tovuz təxribatından sonra şəhidlərimizin xatirəsini əbədiləşdirməyi qarşısına məqsəd qoyub.

Müsahibimiz əvvəlcə şəhid general-mayor Polad Həşimovun büstünü ərsəyə gətirib. Gənc heykəltəraş deyir ki, büstü hazırlayarkən əsas məqsədi generalın üzündəki nuru ifadə etmək olub və o, buna nail olub. Daha sonra şəhid polkovnik İlqar Mirzəyevin barelyefini hazırlamağı qərara alıb.

Artıq barelyefin gillə işlənmə mərhələsi başa çatıb. Qeyd edək ki, gənc heykəltəraşın vətənpərvərlik hissləri ilə ərsəyə gələn bu əsərlər heç də onun ilk işləri deyil.

2012-ci ildə şəhid Mübariz İbrahimovun kompozisiyasını hazırlayan Təbriz Soltanlı həmçinin Mikayıl Müşfiqin kiçik ölçüdə büstünün, Əhməd Cavadın portret heykəlinin, Səməndar Rzayevin büstünün də müəllifidir.

BAKU.WS
VİDEO