SİZİN REKLAM BURADA!
055 213 76 73


 
WhatsApp yeni bir neçə xidməti işə salmağa hazırlaşır.
 
BAKU.WS-in məlumatına görə, dünyanın ən məşhur mesajlaşma tətbiqi bir neçə yenilik daha tətbiq etməyi planlaşdırır. Yeni xidmətlər arasında ən diqqət çəkici xüsusiyyət sürətli cavab vermək imkanıdır. Mesaj yazarkən təxmini sözləri təqdim edən yeni xidmətin köməkliyi ilə sms-ləri daha qısa zamanda yazmaq mümkün olacaq.  

Bununla yanaşı, daha bir yeni xidmət nəticəsində telefona gələn mesaja bildirim hissəsindən cavab verərəkən smayliklər əlavə etmək və hətta səsli mesaj belə göndərə biləcəksiniz. 
 
WhatsApp eyni zamanda yeni bir yazı tipini də istifadəçilərə təqdim edir. Yeni şrift vasitəsi ilə mesaj yazarkən kiçik dəyişikliklər etmək mümkün olacaq. Şriftlərdə dəyişiklik etmək üçün şəkildə göstərilən kodlardan istifadə etmək lazımdır. 
 

  

BAKU.WS