13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Dünyanın ən məşhur mesajlaşma proqramı Whatsapp daha bir yenilik edib.
 
BAKU.WS-in məlumatına görə, mesajları ulduzlayaraq ayrı-ayrılıqda istifadə etmək imkan verən xidmət artıq Android cihazlarda da tətbiq edilməyə başlanıb. İlk olaraq İOS əməliyyat sistemində istifadəyə verilən yeni xidmət artıq bu gündən etibarən Android sistemdə də işə salınıb. 

Yeni xidmətin köməyi ilə hər hansı bir mesajı ulduzlamaqla sonradan həmin esajları asanca tapmaq mükün olacaq. "Whatsapp"dakı yenilikdən istifadə üçün əvvəl mesajını yenidən görmək istədiyiniz şəxslə söhbət ekranını açmağınız tələb olunur. Daha sonra ulduzlamaq istədiyiniz hər hansı bir mesajın üzərinə bir müddət toxunmaqla onu "işarələnmiş mesaj” kimi qeydə ala bilirsiniz.
 
BAKU.WS