VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Qoç - Pul mövzusunda üzünüz güləcək. Sosial həyatda aktiv olacaqsınız.  Hədəflərinizə doğru böyük bir addım atacaqsınız. Sadəcə səhhətinizə diqqət edin, başqa hər şey ürəyinizcə olacaq. 

Buğa - Reallıqdan uzaq olan fikirlərə baş qoşmayın. Xəyal qurmaq yaxşıdır, ancaq ayaqlarınız yerə möhkəm basmalıdır. 

Əkizlər - İşlərinizi həll etmədən, əyləncəyə vaxt ayırmayın. Nə istədiyinizi özünüz də bilmirsiniz. Aqressiv davranmayın. 

Xərçəng - Planlarınızı reallaşdıra bilmirsiniz. Həm maddi, həm də mənəvi problemlər buna mane olur. 

Şir - Diqqətiniz dağınıqdır. Ona görə də, başınıza iş gələ bilər. Yol gedərkən, qazla, elektriklə işləyərkən diqqətli olun. 

Qız - Dostlarla, qohumlarla əlaqələrinizi gücləndirəcəksiniz. Yeniliklərə qarşı qapalısınız, vərdişlərinizi dəyişmək istəmirsiniz. Bu isə həyatınızı çətinləşdirir. 

Tərəzi - Baş və ayaq ağrısından zəiyyət çəkəcəksiniz. Stressə məruz qalacaq, əsəb keçirəcəksiniz. Bitki çayları için.

Əqrəb - Qidalanma rejiminizə diqqət edin. Çoxdan bəri arzuladığınız bir xəyalınızı reallaşdırmaq imkanı yaranacaq.

Oxatan - Bir yolun başlanğıcındasınız. Yeni bir həyat tərzinə keçid edəcəksiniz. 

Oğlaq - Özünüzü ifadə etməkdə çətinlik çəkirsiniz. Bunu sənət vasitəsilə edəcəksiniz. Özünüzü sınayın. İstedadınız var. 

Dolça - Şəxsi həyatınızı alt-üst edəcək hadisələrlə üzləşəcəksiniz. Sağlamlığınıza fikir verin. Yaxşı qidalanın.

Balıq - Neqativ enerjini uzaqlaşdırın. Pozitiv düşünməyə çalışın. Hər şey qaydasına düşəcək. Narahatlıq keçirməyinizə dəyməz.