Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mertsə təbrik məktubu göndərib.
BAKU.WS xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Federal Kansler,
Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram.
Azərbaycan-Almaniya əlaqələri geniş gündəliyə malikdir. Biz ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün istiqamətlər, xüsusilə də iqtisadiyyat, ticarət, energetika, o cümlədən alternativ və bərpaolunan enerji, humanitar və digər sahələr üzrə inkişafına böyük əhəmiyyət veririk.
İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq Azərbaycan ilə Almaniya arasında münasibətlərin bundan sonra da möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi və yeni məzmunla zənginləşməsi üçün birgə səylər göstərəcəyik.
Bir daha Sizə səmimi təbriklərimi çatdırır, dost xalqınıza daim firavanlıq diləyirəm".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...