SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Almaniyada yaşayan yaşlı kişi qısa müddətdə məşhur olub.

BAKU.WS-in məlumatına görə, Günzer Krabbenhoftun 104 yaşı var. Amma onu məşhur edən uzunömürlü olmağı deyil. Krabbenhöft, geyim tərzi ilə gənclərə meydan oxuyur.

Gümrah görünüşü və həyat tərzi ilə hər kəsi özünə heyran qoyan 104 yaşlı kişi gənclik illərindən bəri modanı təqib etdiyini və modern geyinməyi sevdiyini deyib. 
 
Stili ilə cavanları kölgədə qoyan Krabbenhoft fotoqrafların da diqqətini özünə çəkməyi baçarıb və onların sevimlisinə çevrilib. Geyimlərini aksesuarlarıyla tamamlamağı sevdiyini söyləyən yaşlı kişi rənglərin uyğunluğuna xüsusilə diqqət etdiyini bildirib.
 
Ayşən Ayxan
BAKU.WS