13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Bu gün Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ad günüdür. 
 
BAKU.WS-in məlumatına görə, Əli Həsənov bununla bağlı öz şəxsi Facebook hesabında şəkil paylaşıb. Dövlət rəsmisi öz ad gününü çox sadə formada qeyd edib. Bəzi məmurlardan fərqli olaraq dəbdəbəli ad günü məclisindən imtina edən Əli Həsənov prezidentin yolu ilə gedir. 
 
Xatırladaq ki, dövlət başçısı İlham Əliyev də dəfələrlə öz ad günündə rayonlarda səfərdə olub. Prezident sadə vətəndaşlar arasında öz ad gününü qeyd edib. 
 
Əli Həsənovu BAKU.WS kollektivi adından təbrik edirik! 
 
Qeyd edək ki, Əli Həsənov 10 mart 1960-ci ildə Şərur rayonunun Tənənəm kəndində dünyaya gəlib. Əli Həsənov — AR Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, AR Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professordur. O, Moskva Dövlət Universitetini bitirib.
 
1992-1993-cü illərdə Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor, baş laborant, 1994-1995-ci illərdə Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsi müdirinin müavini, 1996-2005-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri təyin edilib.

1-ci dərəcəli dövlət müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2010-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.
 
BAKU.WS