117 kiloqram olan qadının arıqladıqdan sonra bütün həyatı dəyişdi - VİDEO

Türkiyənin Antalya şəhərində yaşayan Gizem Gedik adlı qadın qısa zamanda 55 kiloqram arıqlayıb.
BAKU.WS DHY-a istinadla xəbər verir ki, 117 kiloya çatan və iş görməkdə belə çətinlik çəkən qadın mədə kiçiltmə əməliyyatı keçirib.
Qadın qısa zamanda çəkisini 62 kiloya qədər azalda bilib.
Nizamsız qidalanma səbəbilə kilo aldığını söyləyən Gizem Gedik çəkisi azalandan sonra həyatının da dəyişdiyini söyləyib.
"Əməliyyatdan 1 ay sonra 22 kiloqram arıqladım. 10 ayda 55 kilo çəki atdım. Mən işləyərkən əlavə 55 kilo ilə işləyirdim.
Həddindən artıq kök olduğum üçün hərəkət edərkən çətinlik çəkirdim. Ətrafdakıların baxışları isə məni çox narahat edirdi.
O hissi yaxşı bilirəm. Bu gün istədiyimə nail oldum və çox xoşbəxtəm".
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...