VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Moskva meriyası şəhərdə "qanunsuz ticarət və iaşə obyektlərinin söküntüsünün ikinci dalğasını başlatmağa hazırlaşır.

BAKU.WS
-in Rusiya KİV-ə əsasən verdiyi xəbərə görə, bu barədə Daşınmaz əmlakdan istifadəyə nəzarət üzrə Dövlət Müfəttişliyinin saytında bildirilib.

Məlumata görə, bu dəfə siyahıda Telman İsmayılovun məşhur SAFİSA şadlıq evi də var.

Müfəttişliyin rəhbəri Sergey Şoqurov deyib ki, paytaxt hakimiyyəti özbaşına tikintilərə qarşı mübarizəni davam etdirəcək və bu məqsədlə yeni siyahı hazırlanır.

Xatırladaq ki, bundan əvvəl Moskva meriyası metro stansiyalarının qarşısında yerləşən irili-xırdakı 104 obyekti söküb.

Azərbaycanlı iş adamı Telman İsmayılov paytaxtın ən iri bazarlarından hesab edilən "Çerkizov"un da sahibi, eks mer Yuri Lujkovun ən yaxın dostlarından olub. Şadlıq sarayının yerləşdiyi binanı da ona almağa məhz Lujkov kömək edib. İddiaya görə, binanın sökülməsi Moskvanın indiki meri Serqey Sobyaninin birbaşa marağındadır. Məhz onun tapşırığı ilə bina siyahıya salınıb. 


 

"Forbes"in hesablamalarına görə, AST Telmanın 2009-cu ildə sərvəti 600 milyon dollar civarında olub. Onun biznesi 90-cı illərin əvəllərindən inkişaf etməyə başlayıb. Lujkovla da dostluğu məhz o zamandan başlayıb. Mer seçiləndən sonra da o açıq-aşkar T.İsmayılovu "qardaş" adlandırıb. 

 

BAKU.WS