SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakı və Abşeron yarımadasında fevralın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-17, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 55-65 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında fevralın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 11-16 dərəcə isti olacaq.
 
Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKU.WS