SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Türkiyənin sabiq prezidenti Abdullah Gülün oğlu Əhməd Münir Gül evlənib.
 
BAKU.WS-in məlumatına görə, sabiq prezidentin oğlu sadə bir toy mərasimində Ayşe Zəhra Kara ilə ailə qurub. 

Nikahı İstanbul Böyükşəhər Bələdiyyə sədri Kadir Topbaş kəsib. Cütün nikah şahidləri isə prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millətlər Məclisi sədri İsmət Yılmaz, Baş nazir Əhməd Davudoğlu olublar. Nikah mərasimində təxminən 1500 qonağ iştirak edib.  
 
Mərasim "Qurani Kərim"in oxunması ilə başlayıb və nikah mərasimi ilə sona çatıb. Qonaqlara nikah şəkəri yerinə Məhəmməd Peyğəmbərə (s.ə.s.) sevgi, bağlılıq və həsrəti ifadə edən "Hilyə-i Şərifə" paylanıb.
 
ŞAHİN Həbibov
BAKU.WS