13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Türkiyənin tanınmış müğənnisi Sibel Can atasının 31 il əvvəl məhkəmə qərarı ilə yaşını 6 yaş böyük yazdırdığını iddia edib. 

BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, müğənni yaşının azaldılması üçün məhkəməyə müraciət edib. O bildirib ki, şəxsiyyət vəsiqəsində doğum tarixi 1964 göstərilsə də əslində isə doğum tarixi 1970-ci ildir. Onun sözlərinə görə atası Engin Cangüre 31 il əvvəl qızının kazinolarda çıxış edə bilməsi üçün onun yaşını 6 il böyüdüb və şəxsiyyət vəsiqəsinə 1964-cü il təvəllüdlü yazdırıb. 

S.Can isə İstanbul Asliye Hüquq Məhkəməsəinə baş vuraraq yaşının 52 olmadığını və atası tərəfindən bilərəkdən dəyişdirildiyini bildirib:

"Sibel Canın anası Emine Gül Sezerlə atası Engin Cangüre 1969-cu ildə ailə qurublar. Əgər Can 1964-cü ildə dünyaya gəlsəydi, o zaman anasının 12 yaşı olurdu ki, bu da mümkün deyil. İşə yenidən baxılmasını tələb edirik”.
 
BAKU.WS