Yeni ildə uşaqlara hədiyyə alarkən diqqətli olun! - VİDEO

Yeni ildə uşaqlara hədiyyə alarkən diqqətli olun! - VİDEO
Video
Şou-biznes 240

Yeni illə əlaqədar olaraq paytaxtda 12 ərazidə, bayram yarmarkası üçün 23 bu növdə çadırlar quraşdırılıb.

Bu çadırlarda təkcə yeni il aksesuarları deyil, həmçinin də, uşaqlar üçün içərisində qida məhsulları olan hədiyyə qutular satılır.

Bəs görəsən, valideynlər bu hədiyyə qutuları aldıqda ən çox nəyə fikir verirlər?BAKU.WS xəbər verir ki, bu barədə BAKU.TV-nin “Xəbər” buraxılışında xüsusi sujet hazırlanıb.

Yayımlanan sujetdə qeyd olunur ki, bayram çadırlarından başqa, bazar və mağazalarda da uşaqlar üçün hədiyyə qutularının satışına başlanılıb.

Bu qutulardakı qida məhsulları təhlükəsizdirmi?

“Onlardan almıram sözün düzü. Çünki onun içərisinə nə yığıldığını, içindən çıxanların tərkibi məlum deyil . Qutusunu alıram içinə qızımın sevdiyi əşyalardan yığıram", deyə sakin bildirib.

Digər sakin bildirib: “Xeyr almıram. Özüm yığmağa daha çox üstünlük verirəm. Orada bilmirsən nədi. Ağızı bağlıdı da, ağzını açandan sonra bilirsən nədir".

“Hazırını almıram. Qutusunu alıram içini oyuncaqlarla evdə hazırladıqlarımızla doldururam. Hazırını məsləhət görmürəm.Çox köhnə olur. Vaxtı keçmiş məhsullardan istifadə edirlər", - deyə digər sakin bildirib.

Deməli valideynlər mağazalarda satılan hazır hədiyyə qutuların içərisindəki qidalara etibar etmirlər. Satıcılarsa bildirirlər ki, satışda olan hədiyyə qutuların içərisindəki qidalar hamısı yoxlanılır.

Satıcılar isə belə düşünürlər: “Satanda biz qoyuruq açıq salafanın içində qoyuruq ki, məsəlçün alıcılar görsün ki, bunlardı. Bidənə nümunə açıb qoyuruq, hamısı eyni doldurulur. Onun saxlamağa müddəti üstündə yazılır, kağız da verilir, həkimdən keçmiş yoxlanmış vəziyyətdə gəlir".

“Hədiyyə qutuları satılır bizdə, amma içi boş satılır. Ona görə ki, içində ola bilər ki, keyfiyyətsiz mal gəlir".

“Satmırıq. Səbəb nədir? İçini bilmirik də nədi. Ona görə satmırıq".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Ramazan Nəbiyevin sözlərinə görə, yeni il ilə əlaqədar satışa çıxarılan hədiyyəlik qutularla bağlı həm istehsalçıların, həm də istehlakçıların diqqət etməli olduğu məqamlar var.

“Bəzi hallarda olur ki, həmin hədiyyəlik qutuların üzərində məhsulun sadəcə qablaşdırma tarixi qeyd olunur.

Bu hec də o demək deyil ki, qutunun içərisindəki qidalar, qablaşdırma tarixinə qədər istifadə olunmalıdır.

Təbii ki, yarlıq müddəti ilə bağlı aşkarlanan nöqsan digər bütün növ qida məhsullarında olduğu kimi yarlıq müddəti bitmiş məhsulla təklif edilməsi ilə bağlı müəyyən tədbirlər həmçinin də, inzibati qaydada tədbirlər görülür” - deyə AQTA-nın əməkdaşı Ramazan Nəbiyev bildirib.

Əziz valideynlər, övladınızı sevindirmək istəyirsinizsə, ona ya özünüz xüsusi hədiyyə paketləri hazırlayın, ya da alarkən həmin hədiyyənin məhsullarına dəfələrlə nəzarət edin.

Son xəbərlər