Türkiyənin tanınmış müğənnisi, azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı Doğuş ötən gün XəzərTv-də yayımlanan "5/5" verilişinin qonağı olub.
 
BAKU.WS məlumat verir ki, aparıcı Zaur Kamal əkiz qardaşların Doğuşa milli rəqs öyrətmək istədiklərini bildirib. Əkiz rəqqas qardaşlar Doğuşa milli rəqsimizi öyrədiblər. İlk dəfə çətinlik çəksə də müğənni mahnının ritminə uyğun rəsq etməyə başlayıb. 
 
Qeyd edək ki, Doğuş və Xoşqədəm Hidayətqızı 2014-cü ildə ailə qurublar. Cütlüyün əkiz övladı dünyaya gələcək.
 
BAKU.WS