SİZİN REKLAM BURADA!
055 213 76 73


Havaların soyuması ilə bağlı məişətdə yanğın hadisələri çoxalıb.

BAKU.WS
xəbər verir ki, statistikaya görə, baş verən yanğınların çoxu təhlükəsizlik tədbirlərinin vaxtında görülməməsi və məsuliyyətsizlikdən yaranıb.

Bəs bunun üçün nə etmək lazımdır?

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, məişətdə yanğın baş verdikdə təhlükəsizliyi təmin etmək üçün aşağıdakı qaydalara əməl edin:

- “112” qaynar xəttinə məlumat verin;

- odsöndürücü balon və ya əl altında olan digər vasitələrlə  (su, qum, palaz, keçə və s.) yanğını söndürməyə çalışın;

- yanğının şiddətlənməməsi üçün qapı və pəncərələri bağlayın;

- mümkündürsə, elektrik və qaz cihazlarını söndürün;

- ağız və burnunuzu nəm dəsmal, şərf, paltar və s. ilə tutaraq tüstüdən qorunun;

- yan otaqdakı tüstüdən qorunmaq üçün qapı ətrafındakı boşluqları nəm əski ilə tutun;

- döşəməyə yaxın ərazidə tüstü daha az olduğundan əyilərək və ya sürünərək hərəkət edin;

- yanğın gücləndikdə sənəd və digər vacib əşyaları götürüb dərhal bayıra çıxın;

- uşaqlara, ahıl və köməyə ehtiyacı olanlara mənzili tərk etməkdə kömək edin;

- mənzili tərk etmək mümkün deyilsə, eyvanda və ya pəncərənin yanında dayanaraq yanğınsöndürənləri gözləyin;

- xilas olmaq üçün yuxarı mərtəbədən aşağı tullanmayın;

- liftdən istifadə etməyin;

- qonşuları xəbərdar edin.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO